"Söz bəlağət yaradan bir gözəllik incisidir" adlı "Poeziya saatı" keçirilib

  Məktəbin illik fəaliyyət planına əsasən "Ana dili aylığı" çərçivəsində 29.02.2024-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əminə Vahidin təşkilatçılığı, şagirdlərin və dəyərli müəllimlərin iştirakı ilə "Söz bəlağət yaradan bir gözəllik incisidir" adlı "Poeziya saatı" keçirilib. Tədbir zamanı 20-ə yaxın şagird sevilən, dəyərli şairlərin, söz ustalarının müxtəlif şeirlərini səsləndirmiş, onların həyatı, yaradıcılığı ilə bağlı maraqlı fikirlər söyləmişlər.  Müəllimlər gündəlik həyatda və ədəbiyyatda səliqəli, təmiz dilin, bəlağətli nitqin, intonasiyanın gözəlliyini, önəmini bir daha vurğulamış, şagirdlərə dəyərli töhfələr vermişlər. Müəllimlər həzin musiqi sədaları altında söylədiyi, ən az şagirdlər qədər maraqla, həyəcanla, yüksək bədii zövqlə ifa etdikləri şeirlər tədbirə daha da rəng qatmış, dinləyiciləri feyzyab etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi