“Səyahət mənə yaşamaq stimulu verir” mövzusunda açıq dərs keçirildi

   29.02.2024-cü il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səlimə Mustafayevanın IXc sinfində “Səyahət mənə yaşamaq stimulu verir” mövzusunda açıq dərs keçirildi. Açıq dərsin məqsədi şagirdlərin mətni düzgün intonasiya ilə oxumaları, tanış olmayan sözlərin mənasını şərh etmələri idi. Açıq dərsdə “Səyahət mənə yaşamaq stimulu verir” mətni şagirdlər tərəfindən oxundu. Verilmiş mətn kifayət qədər geniş idi və beləcə bir neçə məsələlərə toxunuldu. Şagirdlər səyahətin insanın dünyagörüşünü zənginləşdirilməsini, özünə olan inamın artmasını, təcrübələr sayəsində təxəyyülünün inkişaf etməsini kəşf etdilər. Velosipedlə səyahətin üstünlükləri haqqında danışdılar. Velosipedçinin nəfəs aldığı havanın daha təmiz olduğunu, elektrik nəqliyyat vasitələrinə milyardlarla vəsait xərclənməsinə baxmayaraq velosipedin hələ də ən ekoloji təmiz nəqliyyat növü olduğunu vurğuladılar. İzahlı lüğətdən istifadə edərək sözün leksik mənasını dəqiqləşdirdilər. Açıq dərsdə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Raziyə Məmmədova, Azərbaycan dili və ədəbiyyat müəllimi Nuriyeva Şəfa, ingilis dili müəllimi İsmayılova İlhamə və fizika müəllimi Xıdırova Zərifə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi