Fiziki tərbiyə dərsi "Xocalı soyqırımı" na həsr olunub
26.02.2024-cü il tarixində məktəbin fiziki tərbiyə müəllimlərinin təşkilatçılığı ilə fiziki tərbiyə dərsləri "Xocalı soyqırımı" na həsr olunub. VIII sinifdə oxuyan idmançılar tərəfindən Xocalı şəhidləri yad edilib və onlara Xocalının 32-ci il dönümünün qeyd olunması məqsədilə keçirilən idman yarışlarında fərqləndikləri üçün diplom və kubok təqdim olunub. Məqsəd Xocalı soyqırımının qurbanlarını yad etmək, şagirdlərdə vətənpərvərlik hisslərini aşılamaq idi.