“Xocalı faciəsi” nə həsr olunmuş kitabxanada dərs
26 Fevral “Xocalı faciəsi” ilə əlaqədar məktəbin VIc sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat müəllimi Əkbərova Məleykənin rəhbərliyi ilə M.Ə.Sabir adına kitabxanaya getmiş, Xocalı ilə bağlı kitabları araşdırmış, əsərlərlə tanış olmuş, müzakirələr aparmışdır. Şagirdlər belə qənaətə gəldilər ki, bədii ədəbiyyatın mühüm vəzifələrindən biri də milli yaddaşa xidmət etmək, onu gələcək nəsillərə çatdırmaqdır.