"Xocalı faciəsi-əsrin faciəsi"

   23.02.2024- cü il tarixində məktəbin UBTR-i Salmanova Pərvanə “Xocalı soyqırımı” nın 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirdi. Şagirdlər hazırladıqları ədəbi-bədii kompozisiyalar ilə çıxış etdilər və faciə haqqında geniş məlumat verdilər. Eyni zamanda məktəbin foyesində faciəni özündə əks etdirən şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi təşkil edildi.

Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş “Xocalı soyqırımı” öz ağlasığmaz qəddarlığı və qeyri - insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda bütün cəmiyyətə qarşı tarixi bir cinayətdir. Xocalı soyqırımı acılı bir tarix olmaqla qəlbimizdə yara olaraq qalsa da, Azərbaycan ordusunun qisas əməliyyatı, zəfər sevinci, ərazi bütövlüyünün bərpası, Qarabağın hər bucağında dalğalanan bayraqlarımız yanan ürəyimizə su çilədi.

Qisasınız alındı, Xocalı faciəsinin qurbanları!

Ruhunuz şad olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi