Məktəbdə təhlükəsizliklə bağlı tədbirlər silsiləsindən
22.02.2024-cü il tarixində məktəbdə müəllim, şagird, valideyin münasibətlərinin tənzimlənməsi təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, bullinq, qısnama və s. bu kimi halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə direktoryanı müşavirə keçirildi. Müşavirənin başlanğıcında məktəbin direktoru Faiq Məmmədov sözügedən məsələlərlə bağlı imzalanmış əmri pedaqoji heyyətin nəzərinə çatdırdı. Daha sonra əmrin icrası ilə əlaqədar olaraq müzakirələr aparıldı, müəllimlərin fikirləri dinlənildi. Bullinq, qısnama, şiddət və s. kimi halların baş verməməsi üçün son dərəcə məsuliyyətli olmağın vacibliyi bildirildi. Məktəbin psixoloqu Könül İbrahimova bullinq və onun fəsadları barədə əlavə məlumatlar verdi.