21 Fevral "Beynəlxalq Ana Dili Günü" münasibətilə "Dil təfəkkürün qəlibidir" adlı debat

  “Məktəbin illik fəaliyyət planı” na əsasən "Ana dili aylığı" çərçivəsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri Nuranə Qarayeva, Əminə Vahidin təşkilatçılığı ilə 21.02.2024-cü il tarixində IX sinif şagirdləri arasında "Dil təfəkkürün qəlibidir" adlı debat-çarpaz müzakirə keçirilib. Debat zamanı IX sinif şagirdləri hər qrupda 4-5 nəfər olmaqla qruplara bölünərək maraqlı müzakirələr aparıb. Seçilmiş müddəalara uyğun müxtəlif fikirlər səsləndirən və müzakirələrdə aktiv iştirak edən şagirdlər həmçinin dilin önəmi ilə bağlı məsələləri də yada salmağı unutmamış, fikirlərini aydın ifadə etmişlər. Debat zamanı məktəbin direktoru Faiq Məmmədov və təlim-tərbiyə işləri üzrə direktor müavini Raziyə Məmmədova da töhfələrini vermiş şagirdlərin fəallığını alqışlamışlar. Debatda "İnternetin həyatımızdakı rolu", "Plastik əşyaların ətraf mühiti çirkləndirməsi yaxud onlardan düzgün istifadə məsələsi", "Musiqi alətlərindən istifadəni bacarmağın əhəmiyyəti varmı" və.s maraqlı mövzularda geniş təhlillər aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi