“Hekayə yazıram” müsabiqəsi

  Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nuranə Qarayevanın təşkilatçılığı ilə “Hekayə yazıram” müsabiqəsi keçirilmişdir. Müsabiqədə məktəbin 5, 6, 7-ci siniflərindən 50-ə yaxın şagird iştirak etmişdir. Təqdim edilmiş hekayələr Azərbaycan dili müəllimləri tərəfindən yoxlanılmış və nəticələr müəyyənləşdirilmişdir. Belə ki, I yerə “Yer kürəsinə yaxınlaşan planet” hekayəsi ilə 5a sinfindən İbrahimli Kamran, II yerə “Fiziki tərbiyə dərsi” hekayəsi ilə 6e sinfindən Niftəlizadə Diləfruz, III yerə isə “Bir ovuc Şuşa torpağı, bir dəstə Xarıbülbül” hekayəsi ilə 7a sinfindən Allahyarova Sehri layiq görülmüşdür. Qaliblər fevral ayının 21-də məktəbin direktoru Faiq Məmmədov tərəfindən sertifikat və kitablarla mükafatlandırılmışdırlar. Məktəbin direktoru şagirdlərə öz məsləhətlərini vermiş və onlara uğurlar arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi