"GİLAN HOLDİNG” MMC №1 ÇÖRƏK ZAVODUNA EKSKURSİYA

     Azərbaycan xalqı ən qədim zamanlardan çörəyə ehtiramla yanaşmış, evinə ən əziz qonaq gələndə onu duz-çörəklə qarşılamışdır. Bizdə əsl dostluğu da çörək kəsməklə başlayar, and içəndə də çörəyə and içərlər. Bütün bunlar göstərir ki, xalqımız çörəyə müqəddəs bir nemət kimi, bərəkət kimi baxır və onu uca tutur. Çörək elin varı, elin sərvətidir.

  Şagirdlərdə həm əməyə qiymətin, həm  müqəddəs nemət olan çörəyə dəyər vermək hissinin formalaşması məqsədi ilə 19.02.2024-cü il  tarixində Bakı şəhəri Sabunçu rayonu 69 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Tahirə Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə rəhbərlik etdiyi IIa  sinif şagirdlərinin “GİLAN HOLDİNG” MMC №1 çörək zavoduna ekskursiyası təşkil edilmişdir. Zavodun əməkdaşı ekskursiya zamanı şagirdlərə texnologiyanın köməyi ilə çörəyin necə əldə olunması və onlara müxtəlif çörək çeşidləri haqqında məlumat verdi. Şagirdlər laboratoriyada unun keyfiyyətinin yoxlanılması prosesində iştirak edib, hazırlanan çörək və çörək-bulka məmulatlarının nümunələrinə baxıblar. Çörəyin hazırlanması prosesi şagirdlər tərəfindən maraqla izlənilib. Bu ekskursiya şagirdlərdə xoş təəssüratlar yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi