"Şəhid anaları ilə görüş"

 13.02.2024-cü il tarixində Balaxanı qəsəbəsində şəhid anaları ilə görüş keçirilmişdir. Görüşə 69 nömrəli tam orta məktəbin "İnci" xor kollektivi də dəvət olunmuşdur.

Şəhid anaları ilə görüş xor kollektivinin üzvləri üçün böyük fəxr idi. Uşaqlar vətənpərvərlik mahnıları oxudular. Şəhid Xudayar Yusifzadənin oxuduğu "Vətən yaxşıdır" mahnısı xorun ifasında səsləndi. Bu ifa xüsusi rəğbətlə qarşılandı. Xüsusən də şəhid Xudayarın anası Radə Qurbanova uşaqların çıxışını alqışladı və öz ürək sözlərini söylədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi