VIII siniflərdə monitorinq keçirildi
12.02.2024-cü il tarixində məktəbin illik fəaliyyət planına uyğun olaraq “Ana dili aylığı” çərçivəsində VIII siniflərdə Azərbaycan dili fənnindən məktəbdaxili monitorinq keçirilmişdir. Məqsəd şagirdlərin Azərbaycan dili fənnindən bilik səviyyəsini müəyyənləşdirməkdən ibarətdir. Monitorinqin şəffaf və obyektiv keçirilməsinə məktəbin təlim-tərbiyə işlər üzrə direktor müavini Raziyə Məmmədova nəzarət etmişdir.