Ana dilimiz milli kimliyimiz və qürur mənbəyimizdir

  Dil yalnız ünsiyyət yaratmır, mədəniyyətləri, tarixi, insani keyfiyyətləri və soykökləri təyin edir. Əbəs yerə deyilmir ki, bir millətin malını, dövlətini və hətta vətənini işğal etsən ölüb itməz , amma dilini alsan məhv olar, ondan nişan qalmaz. 09.02.2024- cü il tarixində məktəbimizdə 21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibəti ilə UBTR  Pərvanə Salmanova " Dilimiz milli kimliyimizdir" adlı tədbir keçirdi. Tədbirdə dilimizin keçmişindən , bu günündən , zənginliyindən danışıldı, onu qoruyub gələcək nəslə ötürülməsinin vacibliyi vurğulandı, şeir  və mahnılar səsləndirildi, milli rəqslər ifa edildi.  Təlqin olundu ki, hər kəs öz doğma dilini mükəmməl bilsin və bu dildə danışmağı ilə fəxr etsin .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi