Növbəti Pedaqoji Şura İclası keçirildi
31.01.2024-cü tarixində məktəbdə məktəb Pedaqoji Şurasının I yarımilin yekunlarına həsr olunmuş iclası keçirildi. Gündəlikdə duran əsas məsələ I yarımil ərzində şagird nailiyyətlərinin izlənilməsi ilə bağlı hesabatların dinlənilməsi və təhlili idi. Əvvəlcə məktəbin direktoru və Pedaqoji Şuranın sədri Faiq Məmmədov yetərsay olduğunu bildirib, iclası açıq elan etdi. İbtidai siniflər üzrə direktor müavini Aida Əliyeva və V-XI siniflər üzrə direktor müavini Raziyə Məmmədova I yarımil üzrə təlim nəticələrinin hesabatı ilə çıxış etdilər. Daha sonra tərbiyə işlər üzrə təşkilatçı Yeganə İsmayılova və UBTR Pərvanə Salmanova həyata keçirilmiş tədbirlərlə bağlı hesabat verdilər. Gündəlikdə duran məsələlər müzakirə edildikdən sonra cari məsələlər müzakirə edildi və müvafiq qərarlar qəbul edildi.