“Riyaziyyat elmlərin şahıdır” adlı yarışma keçirildi
22.01.2024-cü il tarixində məktəbin riyaziyyat müəllimləri Əliyeva Pakizə, Talıbova Ramilə, metodbirləşmə rəhbəri Yusufova Gülnaz müəllimənin təşkilatçılığı ilə “Məktəbin İllik Fəaliyyət Planı” na əsasən “Riyaziyyat və İnformatika aylığı” çərçivəsində IX siniflər arasında “Riyaziyyat elmlərin şahıdır” adlı yarışma keçirildi. Yarışda məktəbin direktoru Faiq Məmmədov, təlim-tərbiyə işlər üzrə direktor müavinləri Raziyə Məmmədova, Aida Əliyeva, psixoloq Könül İbrahimova iştirak edirdi. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin riyazi, intelektual bilik və bacarıqlarının yoxlanması idi. Yarışda IX sinifləri 5 komanda təmsil edirdi: “Piramida”, “Pifaqor”, “Riyaziyyatçılar”, “Stüart” və “Məchul” komandası. Yarış II mərhələdən ibarət idi. I mərhələ 10 hesabi sualdan, II mərhələ kahoot proqramı üzərindən nümayiş etdirilən 20 intelektual sualdan ibarət idi. Yarışda “Pifaqor” komandası qalib komanda seçildi. Məktəb rəhbərliyi tərəfindən qalib komanda kubok və diplomla, digər komandalar isə diplomla təltif edildi. Yarış məktəb rəhbərliyi və iştirakçıları tərəfindən müsbət qiymətləndirildi.