"Tarixə qanla yazılan gün"
15.01.2024- cü il tarixində məktəbdə 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar anım tədbiri keçirildi. Qanlı və şanlı 20 Yanvardan artıq 34 il ötür. Vətən uğrunda axan hər damla qan müqəddəsdir və biz şəhidlərimizə hər zaman borcluyuq. İstiqlal uğrunda canlarını fəda etmiş 20 Yanvar Şəhidlərimiz öz məzarlarında rahat yata bilərlər. Onların mübarizəsi yarımçıq qalmadı, davam etdirildi və öz məntiqi sonluğuna yetişdi. Şəhidlərimizin ruhu şad, məkanları cənnət olsun!