VI, VII siniflərdə monitorinq keçirildi
29.12.2023-cü il tarixində BŞTİ-nin təlimatına uyğun olaraq VI siniflər üzrə təbiət, VII siniflərdə Azərbaycan tarixi fənnindən monitorinq keçirildi. Monitorinqdə VI sinif üzrə 164 şagirddən 143 şagird, VII siniflər üzrə 110 şagirddən 101 şagird iştirak etmişdir. Monitorinqin keçirilməsində məqsəd şagirdlərin bilik səviyyələrinin yoxlanılması və nəticədən asılı olaraq tədbirlərin görülməsidir. Monitorinqin şəffaf keçirilməsində məktəbin təlim-tərbiyə işlər üzrə direktor müavini Raziyə Məmmədova nəzarət etmişdir.