IX siniflər arasında “İntellektual Bilik Yarış” ı keçirildi
28.12.2023-cü il tarixində məktəbin İngilis dili müəllimi Rəhimzadə Nərgiz tərəfindən IXa, IXb, IXc, IXç, IXd sinifləri arasında İngilis dili üzrə “İntellektual Bilik Yarış” ı keçirilmişdir. Tədbirdə məktəbin direktoru Faiq Məmmədov, təlim-tərbiyə işlər üzrə direktor müavini Raziyə Məmmədova və İngilis dili müəllimləri iştirak etmişdir. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin dil bacarıqları və dünyagörüşünü daha da inkişaf etdirmək idi. Məktəbin IXd sinfi yarışda I yer tutaraq, direktor Faiq Məmmədov tərəfindən sertifkat və kubokla təltif edilmişdir.