Direktoryanı müşavirə keçirildi
25.12.2023-cü il tarixində məktəbdə fənn metodbirləşmə rəhbərləri və direktor müavinlərinin iştirakı ilə direktoryanı müşavirə keçirildi. İclasa məktəbin direktoru Faiq Məmmədov sədrlik edirdi. Məqsəd I yarımilin yekun qiymətləndirməsi- Böyük Summativ Qiymətləndirmə 1-in təşkili ilə görüləcək işlərin müzakirəsi idi. Direktor müavinləri və müəllimlərin fikirləri dinlənildi və müvafiq qərarlar qəbul edildi.