“Mənim ilk ensiklopediyam” adlı kitabxana dərsi keçirilmişdir
22.12.2023-cü il tarixində məktəbin kitaxanasının aylıq tədbirlər planına əsasən II və III siniflərdə “Mənim ilk ensiklopediyam” adlı kitabxana dərsi keçirilmişdir. Dərs zamanı kitabxana müdiri Məmmədova Nərminə uşaqları Ayna Uşaq Ensiklopediyasının bölmələri haqqında olan ensiklopediyalarla tanış etdi. Uşaqlar kitablarla tanış olduqdan sonra onları maraqlandıran suallar verdilər. Dərs və kitablar uşaqlar üçün maraqlı oldu.