“Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır” mövzusunda məşğələ

  Şagirdlər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nigahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədi ilə ümumtəhsil müəssisələrində VIII-IX sinif şagirdləri ilə “Reproduktiv sağlamlıq” mövzusunda göndərilmiş proqram əsasında dərs məşğələləri təşkil edilir. Bu məqsədlə 19.12.2023-cü il tarixində VIII sinif şagirdləri ilə “Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır” mövzusunda II məşğələ keçirildi. Məşğələ oğlan və qızlarla ayrı-ayrılıqda məktəbin həkimi Rüxsarə Quliyeva, psixoloq Könül İbrahimova və biologiya müəllimi Maxsudlu Maxsud tərəfindən təşkil olundu. Şagirdlər mövzu ətrafında yaddaş kartı-gigiyenik qaydalar hazırlayıb təqdim etdilər. Məşğələ beyin həmləsi, müzakirə və qruplarla iş üsulları və formasında aparıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi