Dayanıqlı İnkişaf Məqsədlərinin maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər üzrə açıq dərs keçirildi
01.12. 2023- cü il tarixində məktəbdə Dayanıqlı İnkişafın Məqsədlərinin təşviqinə dair VIIIc sinfində məktəbin coğrafiya müəllimi Pikəxanım Vəliyeva və UBTR Pərvanə Salmanovanın iştirakı ilə açıq dərs keçirdi. Məqsəd - şagirdləri bəşəriyyətin aktual problemləri və Dayanıqlı İnkişaf Məqsədləri ilə tanış etmək idi. Şagirdlər Dayanıqlı İnkişafın 3 əsas istiqaməti : iqtisadi inkişaf, sosial tərəqqi, ətraf mühit istiqaməti üzrə araşdırma aparıb öz təqdimatların etdilər. Daha sonra bu 3 istiqamət üzrə ümumiləşdirmələr apardılar.