Heydər Əliyev İrsinin Öyrənilməsi
01.12.2023-cü il tarixində məktəbdə Heydər Əliyev İli ilə bağlı tədbirlər çərçivəsində Heydər Əliyev İrsinin təbliği ilə bağlı məktəbin direktoru Faiq Məmmədovun təşkilatçılığı ilə dəyirmi masa təşkil edildi. Əvvəlcə Ulu Öndərin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Şagirdlər Heydər Əliyevin fəaliyyəti ilə bağlı videoçarxı maraqla izlədilər. Hazırladıqları təqdimatları təqdim etməklə yanaşı özünəməxsus fikirlər səsləndirdilər. Direktor müavinləri də Heydər Əliyev İrsinin təbliği və Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərlə bağlı maraqlı faktlar söylədilər. Tədbirin sonunda bildirildi ki, nə qədər Azərbaycan var, nə qədər Azərbaycan xalqı var Heydər Əliyev İrsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması davam etdiriləcək.