Kəlbəcər Şəhər Günü

  24.11.2023-cü il tarixində məktəbin ibtidai sinif müəllimi IIIsinif şagirdləri ilə birgə Kəlbəcər şəhər gününü qeyd etdilər. İlk öncə şagirdlər Azərbaycan tarixini unutmamaq üçün erməni vəhşiliklərinin törətdiyi 08.04 1992 Ağdaban faciəsi, 02.04.1993 Kəlbəcər  rayon işğal olunması, 18.04 1993 Başlıbel faciəsi zamanı baş verən hadisələri səhnələşdirdilər. Sonra sinif müəllimi Samirə Kərimova  Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində Dəmir yumruğun gücü sayəsində Cənab Prezident İlham Əliyevin bir güllə atmadan  Kəlbəcər rayonunu  (47 günə) tərk etmələri əmri verilməsindən, nəhayət 25 noyabrda Kəlbəcər rayonunu mənfur ermənilərdən tam azad olunmasından danışdı. Şagirdlər Kəlbəcərin azad olunmasına aid şeirlər söylədilər, mahnılar oxudular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi