Məktəbin İnkişaf Planı ilə bağlı görüş keçirildi
14.11.2023-cü il tarixində məktəbdə Məktəbin İnkişaf Planı ilə bağlı müəllimlərlə metodiki görüşlər və dərsdinləmələr keçirildi. Təlimə Dəstək Mərkəzinin şöbə müdiri Könül Səfərova və məktəbin direktoru Faiq Məmmədov məktəbin hazırlanmış inkişaf planı ilə bağlı çıxışlar edərək, tədrisin təşkili, nizam-intizam, tərbiyə mühitinin yüksəldilməsi, davranış qaydaları və s. məsələlərə toxundular. Müəllimlərin fikir və təklifləri dinlənildi.
Bu cür görüşlərin növbəti günlərdə davam etdiriləcəyi bildirildi.