Direktoryanı iclas keçirildi
13.11.2023-cü il tarixində məktəbin rəhbər işçi heyəti ilə direktoryanı müşavirə keçirildi. Məqsəd məktəbin idarə olunmasında qarşıda duran vəzifələr, problemlər, nöqsanların aradan qaldırılması ilə bağlı görüləcək işlərin müzakirəsi idi. Məktəbdə tərbiyə mühitinin tam formalaşdırılmasına nail olmaq və bu sahədə qarşıya qoyulan vəzifələr iclasın gündəliyində duran vacib məsələlərdən biri idi. Gündəlikdə duran əsas məsələlərdən biri də məktəbin inkişaf planına uyğun olaraq müəllimlərə metodiki dəstəyin göstərilməsi məqsədi ilə təlimlərin keçirilməsini planlaşdırmaq idi. Müşavirədə direktor müavinlərinin, təşkilatçının, psixoloqun,uşaq birliyi rəhbərinin fikirləri dinlənildi və rəhbərlik tərəfindən qarşılaşdıqları problemlər nəzərə alındı.