"Mən və Mənim Əhatəm"mövzusunda maarifləndirici dərs

  Ümumi təhsil müəssisələrinin şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin aparılması məqsədilə hazırlanmış və təhsil müəssisələrinə göndərilmiş "Ümumi təhsil müəssisələrinin  VIII-IX siniflərində reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait" əsasında məktəbin VIII sinif şagirdləri ilə 06.11.2023-cü il tarixində "Mən və mənim əhatəm" adlı məşğələ keçirildi. Məşğələni təşkil edən məktəbin psixoloqu Könül İbrahimova şagirdlərin sinif yoldaşları haqqında fikirləri, düzgün münasibət qurmaq, dostluğun onlar üçün əhəmiyyəti, özünü və əhatəsini tanımaq kimi nüanslara toxunaraq müzakirə apardı. Məşğələ qızlar və oğlanlar üçün ayrı-ayrı təşkil edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi