"Hər günümüz özəldir"
02.11.2023-cü il tarixində məktəbin IIIa sinif müəllimi Mürsəliyeva Xuraman şagirdləri ilə birgə asuda vaxtı səmərəli təşkil etdi. Bakı şəhərinin qədim kənd və qəsəbələrindən biri olan Balaxanı qəsəbəsində yerləşən tarixi abidələrə ekskursiya təşkil olundu. İlk öncə XIV əsrə aid olan "Qum hamamı", sonra 1427-1428-ci ildə tikilən Şakir Ağa türbəsinə gəzinti təşkil olundu. Ekskursiya zamanı tarixi abidələri haqqında ibtidai sinif müəllimi şagirdlərini ətraflı məlumatlandırdı.