“Uşaq Hüquqları” aylığı

    31.10.2023-cü tarixində ibtidai sinif müəllimi Ülviyyə Fərzalıyeva və məktəbin psixoloqu Könül İbrahimovanın iştirakı ilə IVc sinfində "Uşaq Hüquqları" haqqında söhbət aparılmışdır. Şagirdlərə "Uşaq Hüquqları" haqqında Qanunun maddələri izah edilmiş, uşaqların hüquqları və vəzifələri onlara çatdırılmış, qanunun yerinə yetirilməsi sahəsində uşaqların üzərinə düşən vəzifə onlara izah edilmiş, uşaqların suallarına cavab verilmişdir. Uşaqlara onların qanunla nəzərdə tutulmuş qaydada təhsil almaq, səhiyyə xidmətindən yararlanmaq, ailədə yaşamaq, istirahət etmək və digər hüquq və vəzifələri izah edilmişdir. Sonda uşaqlar hazırladıqları divar qəzetini və çəkdikləri rəsmləri nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi