Nizami adına Ədəbiyyat muzeyində praktik dərslər
Azərbaycan şair və yazıçılarının həyat və yaradıcılığı hər zaman siniflərdə dərsliklərdəki nümunələr üzrə şagirdlərə mənimsədilmişdir. 24.10.2023-cü il tarixində məktəbin VIIIa və XIa sinif şagirdləri Ədəbiyyat muzeyinə ekskursiya etmişlər. Fənn müəllimləri Aida Əliyeva və Aksana Ağazadə şagirdlərə həmin siniflər üzrə proqramdakı mövzulara əsasən interaktiv şəkildə, təcrübi dərslər təşkil etmişlər. Şagirdlər eksponatlara, şair və yazıçıların əsərlərinə çəkilmiş illüstrasiyalar, şəxsi əşyalar, əlyazmalara maraqla tamaşa etmişlər. Məktəb rəhbərliyinin təşkilatçılığı ilə bu cür dərslərin müxtəlif muzeylərdə keçirilməsi nəzərdə tutulur.