Debat dərs keçirildi
18.10.2023-cü il tarixində məktəbin direktoru Faiq Məmmədov “Müstəqilliyimizin Bərpası” mövzusunda debat dərs təşkil etmişdir. Dərsin məqsədi dövlət müstəqilliyimiz ilə bağlı şagirdlərlə fikir mübadiləsi etmək, onlarda vətənpərvərlik hissini bir daha yüksəltmək idi. Şagirdlər apardıqları araşdırmalar nəticəsində hazırladıqları təqdimatları təqdim etdilər. Debat dərsdə məktəbin X-XI sinif şagirdləri və bir neçə müəllim iştirak etmişdir. Dərsdə iştirak edən müəllimlər müstəqilliyimizin bərpası ilə bağlı maraqlı fikirlərlə çıxış etdilər.