“Mübarizəmiz, Müstəqilliyimiz”
Azərbaycan Respublikasının 1991-ci ildə qazandığı o tarixi gün-Milli Müstəqillik günü xalqımızın yaddaşında daim yaşayır. Hər bir azərbaycanlı tarixini,mədəniyyətini,keçdiyi mübarizə yolunu unutmamalı, bu ideya kiçik yaşlarından şagirdlərə aşılanmalıdır.
Bu prinsipdən çıxış edərək Milli Müstəqillik günü ərəfəsində 14.10.2023-cü il tarixində məktəbin fəaliyyət planına uyğun olaraq VIII,IX,X,XI sinif şagirdləri müəllimlər-Aida Əliyeva və Aksana Ağazadənin rəhbərliyi ilə Muzey mərkəzində yerləşən İstiqlal muzeyinə ekskursiyaya aparılmışlar.
Bələdçinin izahı, muzeydəki eksponatlar, şagirdlərin yeni öyrəndikləri tarixi faktlar, fotoşəkillər maraqla qarşılanmış, yeri gəldikcə şagirdlər özləri də fikirlərini irəli sürmüş,suallar vermişlər.
Sonda məktəblilər muzeydən xoş xatirələrlə ayrılmışlar.