Ailəm və məktəbim” layihəsi çərçivəsində direktoryanı görüş
14.10.2023-cü il tarixində “Ailəm və məktəbim” layihəsi çərçivəsində məktəbin XI sinif şagirdlərinin valideynləri ilə direktoryanı görüş keçirildi. Məqsəd,məktəblə valideyn kontingenti arasında səmimi münasibət yaratmaq, məktəb-valideyn münasibətlərini sağlam mühitdə qurmaq və inkişaf etdirməkdir. Məktəbin direktoru Faiq Məmmədov bir çox məsələlərə toxunmuş, XI siniflərdə şagirdlərin dərsə davamiyyətinə xüsusi diqqət yetirmiş və valideynlərin diqqətinə məsələnin ciddiliyini çatdırmışdır. Məktəbdə birinci növbədə yüksək tərbiyə mühitini formalaşdırmağın vacib olduğu diqqətə çatdırılmışdır.