“Kitab mənim dostumdur” adlı söhbət aparılmışdır
Oktyabr ayının 11-12 tarixlərində kitabxananın aylıq planına əsasən I-XI siniflərdə kitabların vəziyyəti yoxlanılmışdır. Yoxlama zamanı aşkara çıxan nöqsanların aradan qaldırılması tövsiyə edilmişdir.
Aylıq plana əsasən I-IV –ci siniflərdə “Kitab mənim dostumdur” adlı söhbət aparılmışdır. Uşaqlarla söhbət zamanı kitabla necə davranmaq, onu təmiz və səliqəli saxlamaq qaydaları xatırladılmışdır. Yoxlama zamanı kitabların vəziyyətilə bağlı söhbətləri məktəbin kitabxanaçısı Məmmədova Nərminə keçirmişdir.