Direktoryanı valideyin iclası keçirildi

  04.10.2023-cü il tarixində məktəbin fəaliyyət planına uyğun olaraq IX sinif şagirdlərinin valideyinləri ilə məktəb rəhbərliyinin iştirakı ilə görüş keçirildi. Məqsəd yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq valideyinlərlə işin qurulması idi. Gündəlikdə duran əsas məsələlər, davamiyyət, məktəbli forması, şagird davranış qaydaları, təlim nəticələrinin yüksəldilməsi və s. idi. Məktəbin direktoru Faiq Məmmədov əvvəlcə valideyinlərlə maarifləndirici söhbət apardı.Söhbət zamanı qızların təhsil almaq hüququndan məhrum olması, yoxsul ailələrin öz qızlarını məktəbə göndərməməsi, eləcə də erkən nigahların qızların təhsildən yayınmasına səbəb olduğu müzakirə olundu. Daha sonra gündəlikdə duran məsələlərin ciddiliyi valideyinlərin nəzərinə çatdırıldı. Gündəlikdə duran məsələlərlə bağlı valideyinlərin fikirləri dinlənildi, təklif və şikayətləri eşidildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi