“Babanın hədiyyəsi” mövzusunda dərs dinləmə
03.10.2023-cü il tarixində məktəbin ibtidai sinif müəllimləri Novruzova Samirə, Qaragözova Kəmalənin tədris etdikləri Ia və Ic siniflərində şagirdlərin ilkin, bacarıq və vərdişlərini Azərbaycan dilinə olan maraqlarını yoxlamaq məqsədilə Aida Əliyeva dərs dinləmə keçirdi. Hər iki sinifdə Azərbaycan dilindən mövzu “Babanın hədiyyəsi” idi. Şagirdlər sualları fəal şəkildə cavablandırıb fikirlərini söylədilər. Dinlədikləri mətindəki hadisələrin ardıcıllığını şəkillərin köməyi ilə müəyyən etdilər. Sonda şagirdlərin yazı bacarıqları yoxlanıldı.