27 Sentyabr Azərbaycanda Anım günüdür!
27.09.2023-cü il tarixində məktəbdə 44 günlük vətən müharibəsi şəhidlərinin ruhuna hörmət əlaməti olaraq Anım günü keçirildi. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və torpaqlarımızın azadlığı, suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükut elan edildi. Məktəbin direktoru Faiq Məmmədov şagirdlərə 44 günlük müharibə haqqında məlumat verdi. Daha sonra məktəbin hərbi müəllimi Eldəniz Axundov günün xalqımız üçün tarixi əhəmiyyətini vurğuladı və şəhidlərimizin əziz xatirəsini yad etdi.
Allah bütün şəhidlərimizə rəhmət etsin!