15 sentyabr bilik günüdür
2023-2024-cü tədris ilinin başlanması ilə əlaqədar olaraq məktəbdə bilik günü qeyd edildi. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi və vətənimizin azadlığı uğrunda şəhid olan qəhramanlarımızın ruhuna hörmət əlaməti olaraq bir dəqiqəlik sükut elan edildi. Məktəbin direktoru Faiq Məmmədov bilik günü münasibətilə şagirdləri, valideyinləri və müəllimləri təbrik etdi. Daha sonra təbrik üçün qonaqlara və müəllimlərə söz verildi. Onlar da öz növbəsində şagirdləri təbrik etdilər. 2023-cü ilin “Heydər Əliyev İli” olması bir daha şagirdlərin və müəllimlərin diqqətinə çatdırıldı. Həmçinin Azərbaycan Respublikasının Elm və Təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmrinə əsasən ümumi təhsil müəssisələrində ilk dərsin “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda olması diqqətə çatdırıldı.Məktəb 2 növbəli iş qrafikinə uyğun olaraq şagirdləri qəbul etdi. Şagirdlər sıra ilə sinif otaqlarına daxil oldular.