2023-2024-cü tədris ilinin ilk pedaqoji şurası
12.09.2023-cü il tarixində 2023-2024-cü tədris ilinin ilk pedaqoji iclası keçirildi. Pedaqoji şuranın sədr və katibi seçildikdən sonra gündəlikdə duran məsələlər müzakirə olundu və müvafiq qərarlar qəbul edildi. Qəbul edilən qərarlar sırasında yay tapşırığının nəticələri, məktəbin iş qrafiki, dərs bölgüsü, fənn aylıqlarının müəyyən olunan vaxtda keçirilməsi metodbirləşmə rəhbərlərinin və müəllimlərin nəzərinə çatdırıldı.
Məktəbdə yeni işə başlayan müəllimlər pedaqoji kollektivə təqdim edildi. Bir neçə müəllimin müzakirə olunan məsələlərlə bağlı fikirləri dinlənildi.