2023-2024-cü tədris ilinin başlanması münasibətilə valideyin iclasları keçirildi
11.09.2023-cü il tarixində 2023-2024 cü tədris ilinin başlanması münasibətilə valideyin iclasları keçirildi. İclaslar həm ibtidai, həm yuxarı sinifləri əhatə etdi. İclasın keçirilməsində əsas məqsəd 2023-2024-cü tədris ilində qarşıda duran vəzifələrin müzakirəsi, valideyin, məktəb, müəllim və şagird münasibətlərinin düzgün qurulması, dərsliklərin paylanılması və vahid məktəbli formalarının təşkili məsələləri idi. İclasda sinif rəhbərləri ilə yanaşı təlim-tərbiyə işlər üzrə direktor müavinləri Raziyə Məmmədova, Aida Əliyeva, və təşkilatçı Yeganə İsmayılova da çıxış edərək öz tövsiyələrini vermişdir.