Məktəbdə növbəti pedaqoji şura keçirildi
İyun ayının 21-də məktəbdə 2022/2023-cü tədris ilinin yekunlarına həsr edilmiş növbəti pedaqoji şura iclası keçirildi. Gündəlikdə duran əsas məsələlər: Tədris ilinin yekunlarına aid hesabatların dinlənilməsi, tədris ili ərzində keçirilmiş məktəbdaxili və məktəbdənkənar monitorinqlərin təhlili, şagirdlərin sinifdən-sinifə keçirilməsi, payız imtahanına saxlanılan şagirdlərə yay tapşırıqların verilməsi, şagird-davranış qaydalarının müzakirəsi və cari məsələlər idi. İclasın sonunda məktəbin direktoru Faiq Məmmədov məktəbin bütün pedaqoji işçilərinə təşəkkür etdi və uğurlar arzuladı.