Valideyinlərlə görüş keçirildi
May ayının 27-də “Ailəm və məktəbim” layihəsi çərçivəsində tədbirlər planının icrasını təmin etmək məqsədilə 8-ci siniflərin valideyinləri ilə məktəb rəhbərliyi səviyyəsində görüş keçirildi. Görüşün keçirilməsində məqsəd ailə və məktəb münasibətlərini səmərəli şəkildə təşkil etmək, valideyin və məktəb arasında əməkdaşlığı inkişaf etdirməkdir.