“Susma səsini eşitdir” layihəsi çərçivəsində tədbir

  May ayının 25-də Sabunçu rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Susma səsini eşitdir” layihəsi çərçivəsində növbəti tədbir keçirildi. Tədbirdə tədbirin təşkilatçılarından və iştirakçılarından biri 69 nömrəli tam orta məktəb idi. Məktəbin özfəaliyyət dərnəyinin şagirdləri, layihəyə uyğun olaraq 2 səhnəcikdə çıxış etdilər. Səhnəciklərdən biri “Erkən nigah” la bağlı digəri isə “Bulinqlə” bağlı idi. Səhnəciklərin sonunda “Erkən nigah” və “Bulinq” tənqid olundu. Tədbirdə Sabunçu rayonu İcra Hakimiyyəti, Ombudsman və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, o, cümlədən Sabunçu rayonu 4,69, 259 tam orta məktəblərin rəhbərliyi, müəllim-şagird heyəti iştirak etmişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi