Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Ulu bir sərkərdə,ulu bir öndər"adlı tədbir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə 29 sentyabr 2022-ci il sərəncamı ilə 2023-cü il "Heydər Əliyev ili" elan edilmişdir. Bu münasibətlə 5 may 2023-cü il tarixində məktəb "Ulu bir sərkərdə,ulu bir öndər" adlı tədbiri təqdim etdi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları 1 dəqiqəlik sükutla yad olundu.
Məktəbin direktoru Faiq Məmmədov "Yeni Azərbaycan Partiyasının qurucusu-Heydər Əliyev"adlı məruzəsi ilə tədbirin rəsmi hissəsini açdı. Daha sonra müəllimlərdən Nuranə Qarayeva və Xəyalə Əsgərlinin, şagirdlərdən Aysel Namazovanın məruzələri dinlənildi. "Heydər Əliyev ili" çərçivəsində məktəbdə görülən işləri əks etdirən videoçarx nümayiş olundu.
Bədii hissədə təqdim olunan şeirlər,səhnəciklər,rəqs nömrələri tədbir iştirakçıları və izləyicilər tərəfindən alqışlarla qarşılandı. Məktəbin musiqi müəllimi Leyla Qasımovanın rəhbərliyi ilə xorun ifasında "Heydər baba", "Azərbaycan" mahnıları səsləndirildi.
Tədbir "İnamlı,iradəli,cəsarətli Prezidentimiz İlham Əliyevə arxa duraq, arxalanaq, ətrafında sıx birləşək,sipərə çevrilək" şüarı ilə yekunlaşdı.
Sonda məktəbin direktoru Faiq Məmmədov, təlim tərbiyə işləri üzrə direktor müavinləri Raziyə Məmmədova, Aida Əliyeva və dəvət olunan qonaqlar tədbirlə bağlı xoş təəssüratlarını bildirdilər.