Asudə vaxtın təşkili

  May ayının 2-də ibtidai siniflərin tətil günlərində şagirdlərin asudə vaxtının təşkili məqsədilə “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində məktəbin ibtidai sinif müəllimi Nigar Əzizovanın təşkilatçılığı ilə 2c sinfinin şagirdləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Göyçək Fatma” tamaşasını izləmişlər.Tamaşa bitdikdən sonra uşaqlar Mərkəzi park ərazisində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə Orta əsr Azərbaycan şairi Məhəmməd Fizulinin şərəfinə ucaldılmış heykəli ziyarət etmiş, sonra şagirdlər Abşeron ərazisində yerləşən, bütün şərqdə nadir gözəlliyi ilə diqqəti cəlb edən, yaşı bir əsrdən çox olan Təzə Pir məscidi ilə yaxından tanış olmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi