“Riyaziyyat elmlərin şahıdır”
“Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü” ilə əlaqədar keçirilən silsilə tədbirlərimiz davam edir. Məktəbin 9-cu sinif şagirdləri arasında “Riyaziyyat elmlərin şahıdır” adlı bilik yarışı keçirilmişdir. Yarışın keçirilməsində məqsəd 9-cü siniflərin riyazi biliklərini bilik yarışı çərçivəsində inkişaf etdirmək idi. Tədbiri məktəbin riyaziyyat fənni üzrə metodbirləşmə rəhbəri Gülnaz Yusifova, fənn müəllimi Vəfa Hüseyinova, riyaziyyat müəllimləri Rəna Abdullayeva və Pakizə Əliyeva təşkil etmişdirlər. Bilik yarışmasında 9b sinifinin şagirdləri qalib olmuşdur. Məktəbin direktoru Faiq Məmmədov qalib komandanın şagirdlərini diplom və kubokla, digər iştirakçıları isə təşəkkürnamə ilə təltif etdi.