“Ulu Öndər Heydər Əliyevin 100 İllik Yubileyi” nə həsr olunmuş Bilik yarışı

  Aprel ayının 27-də “Heydər Əliyevin 100 İllik Yubileyi” çərçivəsində Məktəbin Fəaliyyət planına uyğun olaraq “Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü” münasibətilə Sabunçu rayonun bir neçə məktəbləri arasında bilik yarışı keçirildi. Məqsəd şagirdlərimizin bilik və bacarıqlarını, komanda şəklində tətbiqi idi.Yarışda Sabunçu rayonunun 4,69,112,192,255,259,293 və 307 nömrəli tam orta məktəblərinin 8-ci sinif şagirdlərindən ibarət yığma komandaları iştirak edirdi. Bilik yarışmasını 69 nömrəli tam orta məktəbin direktoru Faiq Məmmədov təşkil etmiş və şəxsən özü idarə etmişdir. Komandalara tarix, ədəbiyyat, Azərbaycan dili, ümumi dünya görüş və Ulu Öndərin fəaliyyəti ilə bağlı suallar təqdim olundu. Bilik yarışmasında 1-ci yerə 69 nömrəli tam orta məktəb, 2-ci yerə 307 nömrəli tam orta məktəb, 3-cü yerə 192 nömrəli tam orta məktəb çıxmışdırlar. 2-ci və 3-cü yerin qalibləri diplomla, 1-ci yerin qalibləri diplom və kubokla mükafatlandırılmışdırlar. Yarışın təşkilində göstərdiyi texniki dəstəyə görə 307 nömrəli tam orta məktəbin rəhbərliyinə təşəkkür edirik.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi