“İkiqat bərabərsizliklərin həlli” mövzusunda nümunəvi dərs
Aprel ayının 19-da məktəbin illik fəalliyat planına əsasən riyaziyyat-informatika aylığı çərçivəsində məktəbin riyaziyyat müəllimi Şəhla Mahmudova 8ç sinfində nümunəvi dərs təşkil etdi. Dərs “İkiqat bərabərsizliklərin həlli” mövzusunda keçirilib. Nümunəvi dərsdə məktəbin drektoru Faiq Məmmədov, təlim-tərbiyə işləri üzrə drektor müavini Raziyə Məmmədova, riyaziyyat fənni üzrə metodbirləşmə rəhbəri Gülnaz Yusifova iştirak edib. Dərsdə müəllimin məqsədi şagirdlərdə ikiqat bərabərsizliklər haqqında bilik və bu biliyi müxtəlif məsələlərə tətbiq etmək üçün vərdiş və bacarıq formalaşdırmaq idi.