Təqdimatların mükafatlandırılması

Ümumilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində “Məktəbin illik fəaliyyət planı”-na əsasən aprel ayının 10-da IV siniflər arasında video təqdimat yarışına start verildi və aprel ayının 19-da yarışın final mərhələsi keçirildi. Şagirdlər tərəfindən hazırlanan video təqdimatlar nümayiş etdirildi və fərqlənən şagirdlər “Fərqlənmə” diplomu ilə təltif olundu. Bu tədbirin keçirilməsində məqsəd Ümumilli Lider Heydər Əliyevin geniş miqyaslı siyasət sahəsindəki fəaliyyətindən və öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olmağını şagirdlərin diqqətinə çatdırmaq idi. Şagirdlərin öz araşdırmaları nəticəsində bu qənaətə gəlmələri onlarda tədqiqatçılıq bacarığını möhkəmləndirmişdir.