İbtidai siniflərdə monitorinqlər
Aprel ayının 18-də məktəbin ibtidai siniflərində 4-cü siniflər arasında monitorinq keçirildi. Monitorinq Azərbaycan dili, riyaziyyat və həyat bilgisi fənləri üzrə keçirildi. Məqsəd şagirdlərin bilik və bacarıqlarını yoxlamaq, təhlil etmək idi. Monitorinqlərin obyektiv və şəfaf keçirilməsi üçün məktəb direktoru Faiq Məmmədov, ibtidai siniflər üzrə direktor müavini Aida Əliyeva nəzarət etdi.