“Heydər Əliyev ili” çərçivəsində “STEAM Azərbaycan” mövzusunda debat
Məktəbin illik fəaliyyət planına əsasən aprel ayının 13-də məktəbin informatika müəllimi Həsənova Samirənin təşkilatçılığı ilə IXd sinfində “Heydər Əliyev ili” çərçivəsində STEAM Azərbaycan mövzusunda debat keçirildi. Debatda məktəbin riyaziyyat fənni üzrə metodbirləşmə rəhbəri Yusifova Gülnaz və Kazımov Ehtiram iştirak etdilər. Debatın keçirilməsində məqsəd XXI əsr bacarıqlarını-kreativilik, əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir cəmiyyətin problemlərini araşdıraraq müxtəlif həll yollarını müəyyənləşdirməkdən ibarətdir.STEAM- Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birləşməsi nəticəsində yaradılmışdır. Şagirdlərin əl işləri, kreativ bacarıqları, divar qəzetləri, tətbiq etdikləri slaydlar maraqla qarşılandı.